Azərbaycan Fransa ASAN xidmət Bakı Təşəbbüs Qrupu

Fransanın dənizaşırı ərazilərdən olan mətbuat nümayəndələrinin Azərbaycana səfəri başlayıb

Bakı, TurkicWorld

Fransa müstəmləkəçiliyindəki dənizaşırı ərazilərdən olan mətbuat nümayəndələrinin Azərbaycana səfəri başlayıb.

TurkicWorld xəbər verir ki, səfər 24-26 fevral tarixlərini əhatə edəcək.

Səfər çərçivəsində mətbuat nümayəndələrinin Bakı Təşəbbüs Qrupu ofisində görüşü baş tutacaq, onlara BTQ-nin fəaliyyəti haqqında təqdimat veriləcək.

Həmçinin, Milli QHT Forumu ilə və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində də görüşün keçirilməsi planlaşdırılır.

Bundan əlavə, səfər çərçivəsində Mətbuat Şurasında, ADA universitetinin Kommunikasiya Fakültəsi ilə, "ASAN Xidmət" Mərkəzində könüllülərlə görüşün keçirilməsi də gözlənilir. Dənizaşırı ərazilərdən olan mətbuat nümayəndələri üçün kommunikasiya üzrə təlim də təşkil ediləcək.

Səfərin son günündə isə mətbuat nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Bununla yanaşı Parlamentlə tanışlıq və Korsika işçi qrupu ilə və Azərbaycan Dövlət İnformasiya Agentliyinin rəhbərliyi ilə görüşün baş tutması da planlaşdırılır.

Mövzuya görə xəbərlər