Azərbaycan dünyada daim sülhə və təhlükəsizliyə mühüm töhfələr verən mövqeydən çıxış edir - Sahil Kərimli (VİDEO)

Azərbaycan dünyada daim sülhə və təhlükəsizliyə mühüm töhfələr verən mövqeydən çıxış edir - Sahil Kərimli (VİDEO)

Azərbaycan dünyada daim sülhə və təhlükəsizliyə mühüm töhfələr verən bir dövlət olaraq bu məsələnin də sülh yolu ilə həll olunması mövqeyindən çıxış edir.

Trend xəbər verir ki, bunu Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktorunun müavini Sahil Kərimlinin SİA-ya müsahibəsində deyib.

S.Kərimli bildirib ki, Ukrayna ətrafında baş verən proseslər bütün dünya üçün təhlükə yaradır. Əvvəlki günlərdə hərbi əməliyyatlar bir qədər kiçik miqyas daşıyırdı. Getdikcə vəziyyət daha da ciddiləşməyə başladı.

"Azərbaycan dövlətinin baş verən hadisələrə mövqeyi məlumdur. Azərbaycan dünyada daim sülhə və təhlükəsizliyə mühüm töhfələr verən bir dövlət olaraq bu məsələnin də sülh yolu ilə həll olunması mövqeyindən çıxış edir. Təəssüf ki, dünən Belarusda baş tutan görüşün də nəticəsi olmadı", - deyə o əlavə edib.