Putin və Paşinyan Qarabağla bağlı razılaşmaların icrasını müzakirə ediblər

Putin və Paşinyan Qarabağla bağlı razılaşmaların icrasını müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

TurkicWorld-un məlumatına görə, bu barədə Kremlin saytında bildirilib.

"Telefon danışığı zamanı Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli Qarabağa dair üçtərəfli bəyanatlarında təsbit olunmuş sazişlərin icrasının praktiki aspektləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə edilib", - deyə məlumatda bildirilib.