Zelenski Rusiya tərəfindən qondarma "DXR" və "LXR" tanınmasını Ərdoğanla müzakirə edəcək

Zelenski Rusiya tərəfindən qondarma "DXR" və "LXR" tanınmasını Ərdoğanla müzakirə edəcək

Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Avropa Şurasının sədri Şarl Mişellə müzakirələr aparmağı planlaşdırır.

TurkicWorld xəbər verir ki, bu barədə ukraynalı lider öz "Twitter" hesabında yazlb.

Tərəflər Rusiya prezidenti Vladimir Putin tərəfindən qondarma “DXR” və “LXR”in tanınmasını müzakirə edəcəklər.

"Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra Boris Consonla mövcud vəziyyəti müzakirə etdik. Avropa Şurasının prezidenti Şarl Mişel və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirələr planlaşdırılır", - V. Zelenski bildirib.