Son dəqiqə

Fransa Ceyhun Bayramov COP29

Fransanın COP29-la bağlı yanaşması qeyri-konstruktivdir - Ceyhun Bayramov

Bakı, TurkicWorld

Fransanın COP29-la bağlı yanaşması qeyri-konstruktivdir.

TurkicWorld xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, Fransa özünü iqlim sahəsində lider dövlətlərdən biri hesab edir və onun istənilən səbəb və bəhanə ilə iqlim mövzusundan kənar qalması, konfransda iştirak etməməsi yanlış addımdır.

"Azərbaycan heç bir zaman iqlim mövzusunu, digər hansısa Azərbaycan-Fransa arasında olan gərginlik, fikir ayrılıqlarını bu mövzuya gətirməyib.

Bizim il ərzində COP-dan öncə çoxsaylı tədbirlərimiz olub və onların hamısına Fransa danışıqçıları, nümayəndə heyəti dəvət olunub. Onlar bu tədbirlərdə iştirak edib və bizim COP komandamız onlarla çox konstruktiv işləyib. Kimin hansı qərarı qəbul etməsi, gəlib-gəlməməsi öz qərarıdır", - o qeyd edib.

Mövzuya görə xəbərlər