Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan

Azərbaycanla sıx əməkdaşlığı, həmrəyliyi vǝ koordinasiyamızı davam etdirəcəyimizə ürəkdən inanıram - Ərdoğan

Bakı, TurkicWorld

Azərbaycanla sıx əməkdaşlığı, həmrəyliyi vǝ koordinasiyamızı davam etdirəcəyimizə ürəkdən inanıram.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı təbrik məktubunda deyilir.

"Şuşa Bəyannaməsi ilə taclanan, "Bir millət, iki dövlət" şüarı ilə təcəssüm olunan sarsılmaz dostluq və qardaşlıq tellərimizdən aldığımız güclə işğaldan azad edilmiş bölgələrin bərpa və yenidənqurma işlərinə hər cür dəstəyi verməyə hazır olduğumuzu ifadə etmək istəyirəm. Regionumuzda davamlı sülhün, əmin-amanlığın və sabitliyin təmin edilməsi üçün ikitərəfli səviyyədə və beynəlxalq platformalarda sıx əməkdaşlığı, həmrəyliyi vǝ koordinasiyamızı davam etdirəcəyimizə ürəkdən inanıram", - məktubda bildirilib.

Mövzuya görə xəbərlər