Son dəqiqə

İran

İranda Əhvaz ərəblərinə qarsı repressiyalar davam edir

Bakı, TurkicWorld

İranda Əhvaz ərəblərinə qarsı repressiyalar davam edir və təssüflər olsun ki ,bu müxtəlif ittihamlar adı altdında edilir.

TurkicWorld ArabAz-a istinadən xəbər verir ki, Londondan İran-Ərəb məsələlərində ixtisaslaşmış siyasətçi Danyal əl-Əhvazi bildirb.

“Bilindiyi kimi, 1925-ci ildə İran Britaniyanın da dəstəyi ilə, Əhvaz bölgəsini işğal edib və bu bölgədə olan Kəbi dövlətinə son qoyulub. Kəbi dövlətinin sonuncu hökmdarı Xəzəl bin Cabir Əl-Kəb Tehrana aparılıb və burada edam edilib. Əslində Əhvaz bölgəsi neft baxımından çox zəngin bir bölgədir, çünki dünya neftinin 10 faizi, İran neftinin isə demək olar ki, 85 faizi, Əhvaz bölgəsindən hasil edilir”-deyə o bildirib.

O qeyd edib ki, Əhvazın işğalından sonra, hətta şah dönəmində belə, sonradan İran adlandırılcaq bu bölgədə, siyasi, mədəni tarixi müstəvidə fars imperializminin möhkəmlənməsi istiqamətində ciddi siyasi addımlar atılıb.

“ Bu siyasətə zamanıda “Vahid kimlik və vahid dil” siyasəti deyilirdi. Bu siyasət sadəcə Əhvaz ərəblərinə qarşı deyil, bu ərzisində yaşayan digər xalqlara qarşıda aparılıb. Bölgənin adı 1936-ci ildə dəyişdirilək İran edildikdən sonra bu siyasət daha da güclənib”-deyə əl-Əhvazi əlavə edib.

Onun sözlərinə görə, fars rejiminin tətbiq etdiyi siyasət bölgədə demoqrafik dəyişiklikləri hədəfləyirdi.

“İran adlandırılan ərazidə yaşayan istər əhvaz ərəbləri olsun, istər tüklər istərsə də digərlərinə ana dilində danışmaq, təhsil lamaq qadağan edilib. Farslar burda yaşayan bütün xalqlara hər zaman üstdən aşaöı baxıblar və hələ də “Farsın üstünlüyü” fikri geniş şəkildə vüsət almaqdadır”-deyə siyasi çərhçi bildiirb.
O qeyd ebib ki, hal hazırda minlərlə əhvaz ərəbi və eləcə də öz hüququnu tələb edən digər millətlərin nümayəndələri rejimin həbsxanalarında saxlanılır və onlara müxtəlif usüllarla işkəncə verilib.

“İran konstutusiyasına nəzər salsaq onun İslam qaydalanına eləcə də insan hüquqlarıan ciddi ziddiyyət təşkil etdiyini görə bilərik. İran özünü İslam Respublikası adlandırır amma necə olur ki, qanuna əsasən şiə olmayanlar dövlət vəzifəsinə təyin oluna bilməzlər. Becə olur ki, İran bərabər hüquqdan danışır amma burda yaşayan müsəlman xalqlar öz doğma dilində təhsil ala bilmir və bu da azmış kimi onların dillərinin sitifadəsinə də qadağa var. Bu suallar İran rəsmilərinin və mollalarının hələ də cavab verə bilmədiyi, daha doğrusu vermək istəmədiyi məntiqi suallardır. Yerli xalqların haqlarını ayaqlar altına atan “İslam Respublikası” qanunlarına necə inanaq?”-deyə əl-Əhvazi qedy edib.
Siyasi ekspertin fikrincə,İran rejimi elə bir repressiv sistem qurub ki,burda insanların mədəni, dini sosial hüquqlarını nəinki tələb etməsi hətta bu haqda danışması belə dar ağacına aparan bir cinayət hesab edilir.

“ İstər ərəb, istər türk, isətər sünni, istərsə də şiələr fərq etmir, kim öz haqlarını bu və ya digər şəkildə tələb edirsə, İnqilab məhkəmələri tərəfindən hazırlanan ittihamla üz-üzədir. Məhkəmələrdə insanların bir çoxu “mürtəd” ( dindən çıxmış) eittihamı ilə edam edilirlər”-deyə o əlavə edib.

Siyasi ekpertin sözlərinə görə, Əhvaz bölgəsinin İran tərəfindən işğalından bu günə kimi, bölgədə İran əleyhinə müxtəlif siyasi və hərbi partiya və qruplaşmalar olub və onlar fars rejiminə qarşı mübarizə aparıblar.
“Əhvaz bölgəsində iran hakimiyyətinə qarşı ümumilikdə 19 hərbi qiyam olub. Bölgədə Ərəbistan Azadlıq Cəbhəsi və Əhvaz Azadlıq Cəbhəsi, adlı qruplaşma da olub ki, onlarda İrana qarşı ciddi şəkildə müqavimət göstəriblər”-deyə o vurğulayıb.
Qeyd edək ki, Əhvaz bölgəsi İranda şəkər və qarğıdalı kimi kənd təsərrüfatı bitkilərinin əsas istehsalçısıdır və Əhvaz bölgəsində mövcud olan ehtiyatlar İranın milli məhsulunun təxminən yarısını və ixrac dəyərinin 80%-dən çoxunu təşkil edir. Əhvaz böyük təbii neft, kənd təsərrüfatı və su ehtiyatları ilə dünyanın ən zəngin bölgələrindən biri hesab olunur.
Bu gün də İran Əhvazda ərəb olmayanların faizini artırmaqla və Əhvaz bölgəsindəki şəhərlərin, qəsəbələrin, çayların və digər coğrafi yerlərin orijinal ərəb adlarını dəyişdirərək əhalini farslaşdırmağa çalışır .
Məsələn, Muhammara şəhəri farsca “yaşıl ölkə” mənasını verən Xürrəm Şəhr adlandırıldı. Ərəb izlərinin dəyişməsi prosesi İranın işğalından sonra Əhvazda həyatın bütün sahələrinə təsir etdi və məqsədi fars mədəniyyətini tətbiq etmək idi .

Farsca danışmaqdan imtina edən yerli ərəblər Əhvazdan qovulur.

Mövzuya görə xəbərlər