Son dəqiqə

Avram Yakubov

Qarabağda aparılan yenidənqurma işlərini görmək bizi çox şad edir - Ravin

Bakı, TurkicWorld

Biz 3 il öncə Ağdamda olarkən dəhşətə gəldik ki, ermənilər işğal dövründə bu torpaqları necə dağıdıb.

Bu barədə TurkicWorld-ə açıqlamasında Bakı dağ yəhudiləri sinaqoqunun baş ravini Avram Yakubov deyib.

"İndi isə Qarabağ torpaqlarında bərpa-quruculuq işlərini görəndən sonra çox şad olduq ki, bizim torpaqlarımız inkişaf edir. İkinci Qarabağ müharibəsi zamanı bütün dünya bir daha agah olduq ki, Azərbaycan multikultural və tolerant bir dövlətdir. Çünki müharibə zamanı bütün azsaylı xalqlar orada iştirak etdi", - deyə o bildirib.

Qeyd edək ki, Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçıları Qarabağda səfərdədirlər. Səfər çərçivəsində müxtəlif ölkələrin din və hökumət nümayəndələri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə erməni vandalizminə məruz qalmış dağıntılarla, eyni zamanda, bərpa-quruculuq işləri ilə tanış olacaqlar, dini ibadət evlərini ziyarət edəcəklər.