Son dəqiqə

Səlahəddin Özgündüz

Azad edilmiş ərazilərdə gördüklərim ermənilərin necə vandal olduğunu sübut elədi - Səlahəddin Özgündüz

Bakı, TurkicWorld

Bu torpaqlara gələndə ermənilərin necə vandal olduğunun şahidi oldum.

Bunu TurkicWorld-ə açıqlamasında türkiyəli din xadimi Səlahəddin Özgündüz bildirib.

O qeyd edib ki, bizim dinimizdə başqlarının məbədlərini dağıtmaq günahdır.

"Məsciddə donuz saxlamağı insanın ağlasığmazdır. Lakin ermənilər bunu edib. Ətrafda bir dənə salamat bina yoxdur. Binaları söküb daşıyıb və satıblar. Bir xalqın göz yaşları üzərində heç kim rahat yaşaya bilməz. Azərbaycan xalqına öz əzəli torpaqlarını geri qaytardığına görə gözaydınlığı verirəm. Beynəlxalq məhkəmələr erməniləri burda baş verən dəhşətlərə görə sorğulamalıdırlar. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı arzulayıram. Bu günümüzə çox şükür", - deyə o qeyd edib.

Qeyd edək ki, Dünya Dini Liderlərinin Qlobal Sammitinin iştirakçıları Qarabağda səfərdədirlər. Səfər çərçivəsində müxtəlif ölkələrin din və hökumət nümayəndələri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə erməni vandalizminə məruz qalmış dağıntılarla, eyni zamanda, bərpa-quruculuq işləri ilə tanış olacaqlar, dini ibadət evlərini ziyarət edəcəklər.