Son dəqiqə

Xarici İşlər Nazirliyi

Azərbaycan XİN İspaniyaya başsağlığı verib

Bakı, TurkicWorld

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İspaniya tərəfinə bu ölkədə baş verən daşqınlarda insanların həlak olması ilə bağlı başsağlığı verib.

TurkicWorld xəbər verir ki, bu barədə Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"İspaniyanın Valensiya bölgəsində daşqınlar nəticəsində insanların ölümü və böyük dağıntılar bizi dərindən kədərləndirir. Bu təbii fəlakətlə bağlı həlak olanların ailələrinə və İspaniya hökumətinə dərin hüznlə başsağlığı veririk", - deyə paylaşımda bildirilir.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər