Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşübBaş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb

Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşübBaş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 17-də Monteneqro parlamentinin sədri Aleksa Beçiç ilə görüşüb.

Nazirlər Kabinetindən TurkicWorld-a bildirilib ki, görüşdə Azərbaycan-Monteneqro dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirildi, A.Beçiçin səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olundu.

Həmçinin, Azərbaycan ilə Monteneqro arasında ticari-iqtisadi, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edildi.