Bakı, TurkicWorld
Milli Məclisə keçirilən seçkilərdə seçki kompaniyasını davam etdiriən 58 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd Sevil Mikayılova seçicilərlə növbəti görüşlər keçirib.
TurkicWorld xəbər verir ki, deputatlığa namizəd Sevil Mikayılova Xaçmaz rayon Düztahiroba kənd sakini, qol güləşi üzrə Azərbaycan birincisi olan Əlimuradov Elvin Murad oğlunu evində təbrik edib. 48 kq çəkiyə sahib olan Elvin öz rəqiblərinə sağ və sol qollar üzrə keçirilən yarışda qalib gələrək qələbə qazandığını bildirib.
Sevil Mikayılova idmançımızı təbrik edərək, hazırda Azərbaycan Qol Güləşi Federasiyasına cəlb olunan vətənpərvər, millətini və dövlətini sevən gənclərin sayının durmadan artdığını vurğulayıb, idmançımıza gələcəkdə daha böyük uğurlar qazanmağını arzu edib.
Daha sonra Sevil Mikayılova Xudat şəhərində yeni açılan Xudat City FA idman klubuna gedərək,oradakı şəraitlə yaxından tanış olub. Xudat City FA 2024 cü ildə yaradılmış, qeydiyyatdan keçmiş 5 yaşdan yuxarı uşaqlara,gənclərə futbol məşqləri keçən akademiyadır. Akademiyanın rəhbəri Xudat şəhər sakini Rəfail Axverdiyevdir. Hal- hazırda 200-dən yuxarı uşağa futbol məşqləri keçirilir, məşqləri D,C kateqoriyalı məşqçilər və professional futbolçular keçir.
Qarşıya qoyulan məqsəd isə Xudat şəhərindən,həmçinin yaxın ərazilərdən olan uşaqları sağlam mühitə alışdırmaqla yanaşı ,bacarıqlı futbolçuları kəşf edərək bir neçə yaş qrupu ilə Region Liqasına çıxarmaqdır
Deputatlığa namizəd Sevil Mikayılova təbliğat kampaniyası çərçivəsində Köhnə Xudat kəndində seçiciləri ilə görüşüb. Görüşdə çıxış edən Sevil Mikayılova təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi bütün görüşlərdə sakinlərin böyük dəstəyini, səmimi münasibətini gördüyünü və bunun onda qürur doğurduğunu böyük məmnuniyyətlə etiraf edib.
Eyni zamanda S.Mikayılova görüş zamanı seçki platforması barədə geniş məlumat verib, seçiciləri maraqlandıran məsələlərlə bağlı danışıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində həmrəylik nümayiş etdirərək, xalq-dövlət-ordu birliyi ilə düşmən üzərində tarixi qələbə qazandı. Bu gün onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutub.
Daha sonra S.Mikayılova iştirak edən seçicilərin çoxsaylı suallarını cavablandırıb.