Bakı, TurkicWorld
Bakı Təşəbbüs Qrupu müstəmləkə ölkələrinə müstəqillik əldə etməkdə dəstək verir.
TurkicWorld xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun ofisində Belizin BMT-dəki səfiri və daimi nümayəndəsi Karlos Fuller jurnalistlərə deyib.
"Biz 1981-ci ildə Böyük Britaniyadan müstəqillik əldə etdik. Bu mübarizədə əzmkarlıq göstərmək və əsas prinsiplərinizi vurğulamaq lazımdır. Belizlə bağlı məsələ həmişə xalqın özünü təyinetmə hüququ və ərazi bütövlüyü olub. Və əlbəttə ki, ideyanızı qonşularınıza çatdırmalı, onları sizinlə birləşdirməyə çalışmalısınız. Sonra siz beynəlxalq ictimaiyyətin tam dəstəyini almaq üçün bu ideyanı bütün dünyaya yayırsınız", - o vurğulayıb.
Karlos Fuller qeyd edib ki, müstəmləkə ölkələri qonşularına vəziyyətlərini başa salmalı və bu fikri onlara çatdırmalıdır.
"Hesab edirəm ki, Bakı Təşəbbüs Qrupu məhz bunu edir. Və sonra biz Birləşmiş Millətlər Təşkilatına getmək və Bonaire xalqının müstəqillik hüququ uğrunda mübarizəsi haqqında məlumatlılığı yaymaq üçün siyasi səviyyədə digər ölkələri cəlb etmək mandatına sahib olacağıq", - o əlavə edib.