Son dəqiqə

Azərbaycan ATƏT MSK

ATƏT PA-nın 61 nəfər, ATƏT DHİB-in 40 nəfər müşahidəçisi artıq qeydiyyatdan keçib - MSK sədri

Bakı. TurkicWorld:

ATƏT PA-nın 61 nəfər, ATƏT DHİB-in 40 nəfər müşahidəçisi artıq qeydiyyatdan keçib.

TurkicWorld-un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, TBMM, Gürcüstan, Qazaxıstan, Rusiya parlament nümayəndələri, GUAM Qaradəniz İqtisadi Əməkdaşlıq təşkilatı seçkini müşahidə edəcək.

Xatırladaq ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Mövzuya görə xəbərlər