Son dəqiqə

Rufiz Hafizoğlu

Ərdoğanın mesajı nəyə hesablanıb? – Rufiz Hafizoğlu

Bakı, TurkicWorld

Son günlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sensasion bəyanatla çıxışı bütün dünya gündəmindədir.

Dövlət başçısı bildirib ki, ölkəsi fələstinlilərə kömək üçün İsrailə girə bilər: “Necə ki, Türkiyə bunu daha əvvəl Liviyada və Qarabağda edib”.

Bunun ardınca Hollandiyada parlament seçkilərində qalib gələn Azadlıq Partiyasının lideri Geert Vilders ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə qoşunların daxil olmasına icazə verən sözlərinə görə Türkiyəni NATO üzvlüyündən məhrum etməyi təklif edib.

Daha sonra İsrailin Xarici İşlər naziri İsrael Katz bəyanat yayaraq Türkiyənin NATO-dan çıxarılmasına çağırış edib.

Bəs görəsən İsrailin çağırışı Türkiyənin NATO-dakı üzvlüyündə hansısa problem yarada bilər? Yoxsa, İsrail XİN rəhbərinin bu çağırışı Türkiyəyə təzyiqləri genişləndirmək üçün edilib?

TurkicWorld xəbər verir ki , mövzu ilə bağlı “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu Gununsesi.info-ya açıqlamasında bildirib ki, Türkiyə NATO-nun aparıcı ölkəsidir və heç bir halda heç bir ölkə Türkiyənin NATO-dan çıxmasına mane ola bilməz: “Bu gün NATO-nun əsas məqsədlərindən biri də genişlənməkdir. İstər Yaxın Şərqdə olsun, istər Asiya ölkələrində. Bir neçə həftə öncə İordaniyada NATO-nun təmsilçi məktəbi açılıb. Bu baxımdan, Türkiyəni oradan çıxarmaq və yaxud da ki, bu istiqamətdə hər hansı bir addımların atılmasını öngörmək absurddur. Əgər belə bir hal olarsa, heç şübhəsiz ki, burada NATO çox böyük itki əldə edə bilər. Çünki hər kəsə məlumdur ki, Türkiyə sıradan bir ölkə deyil. Türkiyə NATO-nun ən qabaqcıl və digər bir tərəfdən, terrorla ən mübariz mübarizə aparan ölkələrdəndir. Eyni zamanda, bu gün dünyada Türkiyə-Rusiya yaxınlaşması var. Belə bir hal olarsa, artıq bu dəfə NATO ölkələri və Qərb bunun altını çəkə bilməz. Bununla yanaşı, Türkiyənin də Qərbin dırnaq arası dövlətlərinin təzyiq mexanizmi də yetərincə var. Hər an bu mexanizm işlək hala gətirilə bilər. Bu mexanizmdən biri də Suriyalı qaçqınlardır. Unutmayaq ki, Türkiyə belə bir problemi yaratmaq istəsə, bu gün ən yaxşı halda, minimum, Şərqi Avropa ölkələrini miqrant dalğası ilə boğa bilər”.

Siyasi şərhçi deyir ki, əslində Ərdoğan bu mesajla tək İsrailə deyil, ABŞ-a da bir mesaj vermiş oldu:

“Ərdoğanın bu məsələdə Səudiyyə Ərəbistanı, Misir, İordaniya olmaqla bütün Qərb ölkələrinə bir mesaj verdi. İsrail isə heç bir halda bu məsələdə onun tərəf müqabili olmayıb. Maraqlısı budur ki, Rəcəb Tayyib Ərdoğan bu bəyanatı niyə məhz bu günlərdə verdi? Hər kəsə məlumdur ki, Qəzza münaqişəsində artıq 40 min dinc insanlar həyatını itirib. Artıq bu faktdır. Bu münaqişədən 10 ay keçir və Ərdoğan bu 10 aydan sonra ilk dəfədir ki, adı gedən bəyanatı yəni Qəzzada, Liviyada, Qarabağda olduğu kimi, İsrailə də müdaxilə edərək, belə bir açıqlama verdi. Təbii ki, bu, təsadüfü deyil. Əslində, Benyamin Netanyahunu ABŞ səfərində Konqresdə çıxışından sonra konqresmenlər onu ayağda aldışladılar. Silah tədarükü məsələsini Benyamin Netanyahu gündəmə gətirdi. Bunun da ardınca Ərdoğan belə bir açıqlama verdi. Təbii ki, təsadüf yoxdur. Ümumiyyətlə, siyasətdə təsadüflər olmur”.

R.Hafizoğluna görə, Yaxın Şərq prosesində bugünkü Türkiyənin rolu çox olsa da, ancaq Türkiyə Fələstin münaqişəsinin həllinə nail olabilməz:

“İslam dünyasında dominant olmaq istəyən bütün qüvvələr hər zaman Fələstin məsələsini aktual şəkildə gündəmdə saxlayırlar. Bunu zamanında İran da bunu eləmişdi. AK Parti də yeni hakimiyyətə gəldiyində də bu məsələlərə toxunmuşdur . Təbbi ki, bunu qeyri müsəlman ölkələri də edə bilər. Dolayısı ilə gündəmdə olmaq üçün və İslam dünyasında dominant olmaq üçün Fələstin məsələsini gündəmdə saxlamaqdır. Təbii ki, ərəb ölkələri başda olmaqla Səudiyyə Ərəbistanı, Misir, İordaniya Türkiyənin Yaxın Şərq məsələsində, xüsusən də Fələstin-İsrail məsələsində dominant rol almasını istəməzlər. Eyni zamanda heç bir halda İran da buna imkan verməz ki, Türkiyə məhz Fələstin məsələsində rola üstlənsin”.

Mövzuya görə xəbərlər