Son dəqiqə

Belarus Zakir Həsənov Müdafiə Nazirliyi

Zakir Həsənov Belarusa səfər edib

Bakı. TurkicWorld :

İyulun 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasına səfər edib.

Müdafiə Nazirliyindən TurkicWorld -ə verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Minsk şəhərində keçiriləcək bu ölkənin alman-faşist işğalçılarından azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş hərbi paradda, həmçinin Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirakı planlaşdırılır.

Müdafiə nazirinin rəsmi səfəri iyulun 3-dək davam edəcək.

Mövzuya görə xəbərlər