Bakı. TurkicWorld:
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Macarıstana rəsmi səfər edib.
TurkicWorld xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Budapeşt şəhərində Macarıstan Respublikasının hərbi və siyasi rəhbərliyi ilə bir sıra görüşləri, eləcə də müdafiə sənayesi şirkətlərini ziyarəti planlaşdırılır.
Müdafiə nazirinin rəsmi səfəri iyunun 29-dək davam edəcək.