Son dəqiqə

Şuşa Türk Dövlətləri Təşkilatı

Türk Dövlətləri Təşkilatının Şuşa sammitinin proqramı açıqlanıb

Bakı. TurkicWorld :

Türk Dövlətləri Təşkilatının (TDT) Şuşa sammitinin proqramı açıqlanıb.

TurkicWorld TDT-yə istinadən xəbər verir ki, iyulun 6-da Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək.

Qeyd edilib ki, görüşdə Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan prezidentlərinin əşkilata müşahidəçi qismində üzv olan dövlətlərin liderləri, eləcə də qurumun Baş katibinin iştirakı gözlənilir.

"Nəqliyyat bağlantısı və İqlim Fəaliyyəti vasitəsilə Davamlı Gələcəyin qurulması" mövzusu ilə keçiriləcək sammit təşkilatın əsas məsələləri və gündəliyi üzrə yüksək səviyyəli müzakirələr üçün platforma rolunu oynayacaq.

Görüşün sonunda Qarabağ Bəyannaməsinin, eləcə də bəzi digər mühüm sənədlərin imzalanması gözlənilir.

Mövzuya görə xəbərlər