Şuşa. TurkicWorld:
Azərbaycanla əməkdaşlığımız sürətlə inkişaf edir.
TurkicWorld xəbər verir ki, bunu İSESCO-nun direktoru Salim Al Malik Şuşada keçirilən "By Youth For Youth" (Gənclər tərəfindən gənclər üçün) adlı Beynəlxalq Forumda çıxışı zamanı deyib.
"Bu il Azərbaycanda keçiriləcək COP29-da da iştirak edəcəyik. İSESCO bütün təklifləri, ideyaları nəzərə alaraq tərəfdaş ölkələrlə bölüşür. Biz əminik ki, bugünkü gənclər sabahın liderləridir. Çalışacağıq ki, gələcəyi inkişaf etdirməklə daha parlaq gələcək quraq".
Qeyd edək ki, Şuşa şəhərində "By Youth For Youth" (Gənclər tərəfindən gənclər üçün) Beynəlxalq Forumu öz işinə başlayıb. Forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların və müxtəlif ölkələrin yüksək vəzifəli şəxsləri, qonaqlar və İCESCO-ya daxil olan ölkələrdən 200-ə yaxın şəxs iştirak edir.
Forumun məqsədi İslam Dünyası gənclərinin sülh yaratma, davamlı inkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrini müzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərin müzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkan yaratmaqdır.