Paşinyan və ətrafı Ermənistanın çıxış yolunun Azərbaycanla münasibətlərin normallaşması olduğunu anlayır - Fərid Şəfiyev

Paşinyan və ətrafı Ermənistanın çıxış yolunun Azərbaycanla münasibətlərin normallaşması olduğunu anlayır - Fərid Şəfiyev

Ermənistanda Azərbaycanla münasibətlərin normallaşmasının vacib olduğunu anlayırlar.

TurkicWorld xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun illik fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransda deyib.

Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycan xarici siyasətdə müsbət nəticələrə nail oldu.

"Xüsusilə Soçi görüşünü qeyd etmək istərdim. Bundan başqa, Nikol Paşinyan son mətbuat konfransında pozitiv mesajlar verilib. Lakin onun populist olduğunu da unutmamalıyıq. Bununla belə, Paşinyan və ətrafı Ermənistanın perspektivlərinin məhdud olduğunu, yeganə çıxış yolunun Azərbaycanla münasibətlərin normallaşması olduğunu anlayır".