Son dəqiqə

Azərbaycan Ermənistan Ermənistan-Azərbaycan Cənubi Qafqaz Bakı Fərid Şəfiyev Azərbaycan Ermənistan danışıqları Azərbaycan-Ermənistan sülh sazişi 2025 Azərbaycan-Ermənistan normallaşma prosesi

Ermənistanla münasibətlərin normallaşması Cənubi Qafqaz üçün yeni imkanlar açır - Fərid Şəfiyev

BAKI,TurkicWorld

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, eləcə də Cənubi Qafqazda nəqliyyat və infrastruktur şəbəkəsinin inkişafı region üçün yeni siyasi və iqtisadi imkanlar yaradır.

TurkicWorld xəbər verir ki, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumu çərçivəsində jurnalistlərə verdiyi açıqlamada deyib.

O, ölkələr arasında əldə olunmuş razılaşmaların regional layihələrə inteqrasiya və əməkdaşlıq üçün yeni platformaların yaradılmasına yol açdığını vurğulayıb: "Bütün bu proseslər siyasi və iqtisadi imkanlar yaradır ki, biz onlardan səmərəli istifadə etmək istərdik".

Onun sözlərinə görə, beyin mərkəzlərinin fəal iştirakı və tərəflərin birgə təşəbbüsləri açılan imkanlardan maksimum yararlanmağa və Cənubi Qafqazın dayanıqlı inkişafına töhfə verməyə kömək edəcək.

Mövzuya görə xəbərlər