Son dəqiqə

Monteneqro COP29

Qlobal ərzaq istehsalının təqribən 40 faizi israf edilir - Monteneqorunun sabiq prezidenti

Bakı.TurkicWorld :

Qlobal ərzaq istehsalının təqribən 40 faizi israf edilir, hər bir ölkədə həddindən artıq ərzaq istehsalı baş verir.

TurkicWorld xəbər verir ki, bu barədə Monteneqorunun sabiq prezidenti Filip Vujanovic "COP29-a aparan yol - Dayanıqlı və Davamlı Gələcək" adlı 29-cu Ali Səviyyəli Toplantıda "Ərzaq və Kənd Təsərrüfatı Sektorunun xüsusi halı" adlı panel müzakirəsi zamanı deyib.

O qeyd edib ki, ərzaq çatışmazlığı səbəbindən yoxsul ölkələrdə insanların həyatı və sağlamlığı üçün təhlükə törədir və ölümlə nəticələnir.

Azərbaycan bu istiqamətdə yaxşı nümunədir. Azərbaycan ərzaq və onun idarə olunması təcrübəsi ilə kömək etmək mövqeyindədir ki, bu, məncə, COP 29-un çox maraqlı vəzifəsi ola bilər",- deyə o bildirib.

Qeyd edək ki, bu Yüksək Səviyyəli Görüşün əsas məqsədi Bakıda COP29-un uğurunu təmin etmək üçün bütün aidiyyəti tərəflərin birgə fəaliyyətini təmin etməkdir.

Bakıda keçiriləcək COP29-a hazırlıq onun iqlim fəaliyyətində mövcud qlobal çağırışlara və imkanlara cavab verməsini təmin etmək üçün çoxşaxəli yanaşmanı əhatə edir.

Mövzuya görə xəbərlər