Bakı. TurkicWorld:
Belarus Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi prosesində iştirak edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.
Lukaşenko bu yaxınlarda Azərbaycana səfərini, xüsusən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə işğaldan azad edilmiş ərazilərinə səfərini xatırlayıb və Belarusun bu ərazilərin bərpasında Azərbaycana dəstək göstərməyə hazır olduğunu bildirib.
"Biz bu işlərdə iştirak etməkdən məmnun olarıq, buna heç bir maneə yoxdur", - deyə Lukaşenko əlavə edib.