Son dəqiqə

Ceyhun Bayramov

Ermənistanın konstitusiyasında qonşu dövlətlərə qarşı ərazi iddiaları var - Ceyhun Bayramov

Bakı. TurkicWorld:

Ermənistanın konstitusiyasında qonşu dövlətlərə qarşı ərazi iddiaları var.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə Azərbaycan Respublikası ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Ermənistan cəmiyyəti və dövləti bu faktların özü üçün zərərli olduğunu qəbul edir və ona görə bu barədə diskussiya aparırlar.

“Azərbaycan konstitusiyasında heç bir dövlətə qarşı ərazi iddiası yoxdur. Ermənistanın bu mövzuda paralellik yaratmağa çalışması qəbuledilməzdir”, -deyə nazir bildirib.

Mövzuya görə xəbərlər