Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan

Azərbaycanın həm regionda, həm də yaxın coğrafiyada nail olduğu irəliləyişlərlə daim fəxr edirik - Ərdoğan

Bakı. TurkicWorld:

Azərbaycanın həm regionda, həm də yaxın coğrafiyada nail olduğu irəliləyişlərlə daim fəxr edirik

TurkicWorld xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyib.

"Türkiyə olaraq kədərdə də, sevincdə də bir olduğumuz qardaş Azərbaycanın 2023-cü ilin sentyabr ayında ərazi bütövlüyünü uğurla bərpa etməsindən sonrakı ilk Müstəqillik Günündə duyduğu haqlı qürur və sevincini ürəkdən bölüşürük. Azərbaycanın həm regionda, həm də yaxın coğrafiyada nail olduğu irəliləyişlərlə daim fəxr edir və yüksək səviyyəli strateji əlaqələrimizi "Bir millət, iki dövlət" ruhu ilə daha da gücləndirmək istiqamətindəki birgə iradədən böyük məmnunluq hissi keçiririk"-, deyə məktubda qeyd olunub.

Mövzuya görə xəbərlər