"ADEX-2022"də iştirak edəcək dövlətlərə dəvət göndərilib

"ADEX-2022"də iştirak edəcək dövlətlərə dəvət göndərilib

ADEX-2022 sərgisi sentyabrda keçiriləcək.

TurkicWorld-a xəbər verir ki, bunu bunu Müdafiə Sənayesi Nazirinin müavini Mehman Baxışov deyib.

O bildirib ki, bütün iştirakçı ölkələr tədbirə dəvət olunub.

"Sərgi 2021-ci ildə keçirilməli idi. Lakin pandemiya ilə əlaqədar təxirə salındı. Sərginin 2022-ci ilin sentyabrında keçirilməsi nəzərdə tutulur. Biz də öz məhsullarımızı təqdim etməyə hazırıq" - nazir müavini qeyd edib.

Qeyd edək ki, bu, Bakıda keçiriləcək sayca dördüncü "ADEX" sərgisi olacaq. Bundan əvvəl Müdafiə Sənayesi Nazirliyi 2014, 2016 və 2018-ci illərdə beynəlxalq müdafiə sərgilərinin təşkilatçısı olub.