Son dəqiqə

Müdafiə Sənayesi Nazirliyi Mədət Quliyev

Azərbaycanda müdafiə sənayesi məhsullarının istehsalı 10 faiz artıb

Azərbaycanda müdafiə sənayesi məhsullarının istehsalı 10 faiz artıb

TurkicWorld-un məlumatına görə, bunu müdafiə sənayesi naziri Mədət Quliyev Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü ilə bağlı tədbirdə deyib.

M.Quliyev qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin xüsusi tapşırıqlarına əsasən düzgün aparılmış işlər nəticəsində başa çatmaq üzrə olan 2021-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunmuş ümumi məhsul həcminin 60%-dən çoxunu ixraca yönəltmək mümkün olub.

Bunun nəticəsində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin məhsulları dünyanın 30-dan çox ölkəsinə ixrac edilməklə ümumi istehsal həcminin 2020-ci illə müqayisədə 10% artmasına nail olunub.

Mövzuya görə xəbərlər