Son dəqiqə

Azərbaycan Bolqarıstan

Bolqarıstan Prezidenti Azərbaycana gəlir

Bakı. TurkicWorld:

Bolqarıstan Prezidenti Rumen Radev mayın 8-də Azərbaycan səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytında məlumat verilib.

Bolqarıstan Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinə energetika naziri vəzifəsini icra edən, Milli Məclisdə Bolqarıstan-Azərbaycan Dostluq Qrupunun sədri və biznes nümayəndələri daxildir.

Prezident Rumen Radevin səfərinin mövzusu iqtisadiyyat, enerji, yüksək texnologiyalar, innovasiyalar, nəqliyyat və turizm də daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsi və dərinləşdirilməsi olacaq.

Bolqarıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair Birgə Bəyannamə imzalayacağı gözlənilir.

Rumen Radev Bakıda Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşəcək, Azərbaycanda idman sahəsində çalışan bolqarıstanlı mütəxəssislərlə söhbət edəcək.

Bolqarıstan dövlət başçısını Azərbaycana səfəri zamanı xanımı Desislava Radeva müşayiət edəcək.

Mövzuya görə xəbərlər