Bakı,TurkicWorld: photo Sia.az
24-25 Aprel 2024 tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkil etdiyi “Qondarma Erməni Soyqırımı : İddialar və Faktlar” adlı beynəlxalq-elmi konfrans keçirilmişdir. UNEC və Hacettepe Universitetlərinin iş birliyi çərçivəsində təşkil olunmuş bu konfrans bu ilin mart ayında Hacettepe Universitetinin təşkil etdiyi “Hocalı katliamı anısına : Dünü, Bugünü, Yarınıyla Karabağ” panelinin davamıdır.
TurkicWorld xəbər verir ki, konfrans açılış nitqiylə çıxış edən UNEC Rektoru Prof. Dr. Ədalət Muradov tərəfindən açıq elan edilmişdir.
Konfransda Türkiyə Respublikasının Səfiri Dos. Dr. Cahit Bağcı, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Prof. Dr. Anar İskəndərov və Dr. Naqif Həmzəyev çıxış etmişlər.
Moderatorluğu Azərbaycan Dövlət İqtisad Universitetinin “Türk Dünyası” fakültəsinin dekanı Prof.Dr. Mehmet Yüce tərəfindən həyata keçirilən “Tarixi baxımdan Türkiyə və Azərbaycanda Ermənilər” adlı ilk paneldə TOBB ETÜ Rektoru Prof.Dr. Yusuf Sarınay , Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Prof. Dr. Musa Qasımlı, Dos. Dr. Bəhruz Məhərrəmov və AMEA üzvü Prof. Dr. Solmaz Rüstəmova müxtəlif mövzularda çıxış etmiş, məsələyə tarixi müstəvidən yanaşmış və açıqlamalar gətirmişlər.
Moderatorluğu Azərbaycan Dövlət İqtisad Universitetinin “İctimai idarəetmə və sosial innivasiyalar” kafedrasının baş müəllimi, c.ü.f.d Firuzə Cəfərovanın həyata keçirdiyi “Siyasi -Hüquqi aspektdən Türkiyə və Azərbaycanda ermənilər” başlıqlı ikinci paneldə Hacettepe Universitetinin əməkdaşları Prof.Dr. Yonca İldeş, Dr. Özlem Pınar Oran, BDU-nun əməkdaşı Prof.Dr. Qabil Əliyev və UNEC Rus Məktəbinin əməkdaşı Dr.Anar Eyyubov çıxış etmiş, ermənilərin Azərbaycanda törətdikləri soyqırım və qətliamları, qondarma soyqırım proyektini siyasi və hüquqi müstəvidən dəyərləndirmişlər.
İki gün davam edən konfrans ikinci gün də öz işini uğurla davam etdirmişdir . Üçüncü panel Dr.Nurhodca Akbulayevin idarəsi ilə başlamış, paneldə Prof.Dr.Mehmet Yüce, Dr.Fərahilə Babayeva-Şükürova, UNEC-TUDİFAK əməkdaşları Nəriman Xanəhmədov və Şəmsi Rzalı çıxış etmişlər.
Dördüncü paneldə Dr. Teymur Sərxanov sözü UNEC tələbələrinə vermiş və konfrans Yeganə Vəliyeva, Vüsalə Əsədova, Nəsibə Quliyeva, Heydər Xammədovun çıxışları ilə sona yetmişdir.
Konfransın ərsəyə gəlməsində və təşkil olunmasında Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası fakültəsinin dekanı Prof.Dr.Mehmet Yücenin xüsusi əməyi olmuşdur.