Azərbaycan özü Qarabağda təhlükəsizliyi təmin edə bilər - KTMT baş katibi

Azərbaycan özü Qarabağda təhlükəsizliyi təmin edə bilər - KTMT baş katibi

Bakı. TurkicWorld:

Bakı öz gücü hesabına Qarabağda təhlükəsizliyi təmin edə bilər.

TurkicWorld xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov "TASS" agentliyinə Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərkən deyib.

"Qarabağ Azərbaycan Respublikasının ərazisidir və Respublikanın təhlükəsizliyi təmin etmək üçün öz qüvvələri var", - o deyib.

Baş katib həmçinin, regionda sabitliyin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üzrə perspektivlərdən asılı olduğunu deyib.

Xatırladaq ki, bu yaxında sosial şəbəkələrdə Rusiya sülhməramlı kontingentinə məxsus hərbi texnikaların Azərbaycandan çıxması prosesini əks etdirən kadrlar yayılıb. Bir qədər sonra Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını təsdiqləyib.