Qarabağ Dirçəliş Fondu azad edilmiş ərazilərin bərpası işlərində Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq edir - Rəhman Hacıyev

Qarabağ Dirçəliş Fondu azad edilmiş ərazilərin bərpası işlərində Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq edir - Rəhman Hacıyev

Qarabağın dirçəlişi fondumuzun prioritet istiqamətidir.

TurkicWorld məlumatına görə, bunu Qarabağ Dirçəliş Fondunun rəhbəri Rəhman Hacıyev deyib.

O qeyd edib ki, Qarabağ Dirçəliş Fondu azad edilmiş ərazilərin bərpası işlərində Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq edir.

"Heydər Əliyev Fondu inklüziv yanaşma tətbiq edir və bərpa işlərinə xarici şirkətləri cəlb edir. Bu, çox vacibir, çünki Qarabağın mədəni irsi Azərbaycan mədəniyyətinin olduğu kimi, dünya mədəni irsinin də tərkib hissəsidir", - deyə o bildirib.

R.Hacıyev əlavə edib ki, Heydər Əliyev Fondu ilə əməkdaşlıq uzunmüddətli olacaq və cari layihələrlə məhdudlaşmayacaq.