Paşinyan 1915-ci il hadisələrinə “soyqırım” demədi

Paşinyan 1915-ci il hadisələrinə “soyqırım” demədi

Bakı. TurkicWorld:

Ermənistanın baş naziri Nikol Paşinyan 1915-ci il hadisələrinə “soyqırım” demədi.

TurkicWorld xəbər verir ki, onun bu sözləri ölkədə Ermənistanda ciddi narahatçılığa səbəb olub.

Ermənistanın baş naziri Nikol Paşinyanın hakim partiyasının “Mülki müqavilə” siyasi məktəbi üçün hazırladığı “Ermənistan Respublikasının sosial psixologiyası” mövzusunda çıxışı şəxsi “Facebook” səhifəsində dərc olunub.

Paşinyan 1915-ci il hadisələri üçün Ermənistanda işlədilən “soyqırım” əvəzinə “Böyük Fəlakət (Meds Yeghern)” və “cinayət” sözlərindən istifadə edib.

Qısa müddətdə müxalifət dairələrindən reaksiya alan Paşinyanın bu sözləri ölkədə gündəm olub.

Paşinyan hələ də ona qarşı tənqidlərə cavab verməyib.

Tasnem Ismukhan