Daşkənddə Mərkəzi Asiya və Fars körfəzi ölkələrinin XİN başçılarının görüşü keçirilir

Daşkənddə Mərkəzi Asiya və Fars körfəzi ölkələrinin XİN başçılarının görüşü keçirilir

Bakı. TurkicWorld:

Daşkənddə "Mərkəzi Asiya – Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası" Strateji Dialoqunun xarici işlər nazirlərinin ikinci iclası öz işinə başlayıb.

TurkicWorld xəbər verir ki, tədbirdə fəxri qonaq qismində Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.

Tədbirdə Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanının nümayəndə heyətləri iştirak edəcək.