Daşkənddə Mərkəzi Asiya və ərəb ölkələrinin görüşü keçiriləcək

Daşkənddə Mərkəzi Asiya və ərəb ölkələrinin görüşü keçiriləcək

Bakı,TurkicWorld

Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya xarici işlər nazirləri və ərəb ölkələrinin nümayəndə heyətlərinin ikinci görüşü keçiriləcək

TurkicWorld xəbər verir ki, görüşdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan nümayəndə heyətləri iştirak edəcəklər.
Həmçinin Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanının nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Məlumata əsasən, görüşdə Mərkəzi Asiya dövlət başçılarının və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının 2023-cü il iyulun 19-da Ciddədə keçirilmiş birinci zirvə görüşü çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsində irəliləyişlərə baxılması nəzərdə tutulur.

Bundan əlavə, 2025-ci ildə Səmərqənddə “Mərkəzi Asiya – Körfəz Əməkdaşlıq Şurası” formatında növbəti sammitə hazırlıqla bağlı fikir mübadiləsi aparılacaq.