Son dəqiqə

Teymur Musayev

Qidaların keyfiyyətli olması xəstəlik hallarının yayılmasının qarşısını alır - Nazir

Bakı. TurkicWorld:

Qidaların keyfiyyətli və təhlükəsiz olması qida ilə əlaqəli xəstəlik hallarının yayılmasının qarşısını alır, eyni zamanda səhiyyə sistemini mümkün təhdidlərdən qoruyur.

TurkicWorld xəbər verir ki, bu fikirləri “Qida nəzarəti sisteminin qiymətləndirilməsi” mövzusunda keçirilən yekun hesabat görüşündə səhiyyə naziri Teymur Musayev səsləndirib.

Onu sözlərinə görə, qida təhlükəsizliyi əhalinin sağlamlığının qorunmasında mühüm rol oynadığından, tədricən bu sahə qlobal səviyyədə ictimai səhiyyə mövzusuna çevrilməkdədir.

Mövzuya görə xəbərlər