Son dəqiqə

Azərbaycan Ermənistan

Ermənistan parlamentində Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası müzakirə ediləcək

Bakı. TurkicWorld:

Ermənistan parlamentinin müxalif "Hayastan" və "Şərəfim var" fraksiyaları təcili Milli Yığıncağın keçirilməsini tələb ediblər.

TurkicWorld erməni KİV-ə istinadən xəbər verir ki, müzakirələrin əsas mövzusunu Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası təşkil edəcək.

Xatırladaq ki, bu yaxında Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş sakinləri ilə görüşdə İrəvan Bakı ilə delimitasiya və demarkasiya məsələlərinin müzakirəsindən danışıb.

"Hazırda bu zaldan çıxıb getmək və heç bir delimitasiya və demarkasiyanın olmayacağını demək olar, lakin bu, o deməkdir ki, həftənin sonunda müharibə olacaq. Mən bu müharibənin sonunda nələrin olacağını da bilirəm. Sonra biz Respublika meydanında görüşəndə siz deyəcəksiniz: "Yaxşı, biz sadə kəndlilər idik, bizim məlumatımız yox idi, axı siz hər şeyi bilirdiniz", - Paşinyan deyib.

Xatırladaq ki, hələ 90-cı illərin əvvəllərində ermənilər Azərbaycan ərazisində yeddi kəndi işğal edib. Onlardan 4-ü - Bğanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılağaclı bilavasitə Qazax rayonu ərazisindədir.

Daha üç kənd - Yuxarı Əskipara, Sofulu və Bərhudarlı Ermənistan əraziləri ilə əhatə olunmuş anklavlardır. Daha bir anklav Ermənistanın Naxçıvanla sərhədində yerləşən Kərki kəndidir.

Mövzuya görə xəbərlər