Son dəqiqə

Qlobal Bakı Forumu

Azərbaycan uzun illər kiberhücumların hədəfinə çevrilib - Samir Məmmədov

Bakı. TurkicWorld:

Regionda baş verən münaqişələr kiberhücumlarla müşayiət edilirdi.

TurkicWorld xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov XI Qlobal Bakı Forumunda "Süni intellekt, pilotsuz uçuş aparatları və kiber müharibə dövründə yeni təhlükəsizlik paradiqması"adlı panel iclasında çıxışı zamanı deyib.

"Azərbaycan uzun illər kiberhücumların hədəfinə çevrilib. Aidiyyatı üzrə qurumlar kibertəhlükəsizliyə səylərini cəmlədi. Biz daha çox sürətli rəqəmsal tərəfdən inkişaf etdikcə, kibertəhlükəsizlik tədbirləri buna uyğunlaşa bilmir.

Dünyada kiberhücumlar artır. Bu sahədə ekspertlərə ehtiyac duyulur. Bizdə bu cür ciddi problemlərlə üzləşirik. Daha çevik və əlverişli strategiyalar işləyib hazırlamalıyıq. Beynəlxalq müqavilələrə, sazişlərə qoşulmalıyıq. Kibermüharibənin qarşısının alınması üçün bu labüddür",- deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Mövzuya görə xəbərlər