Son dəqiqə

Qlobal Bakı Forumu

XI Qlobal Bakı Forumunun sonuncu günündə dörd panel iclası keçirləcək

Bakı. TurkicWorld:

Azərbaycan paytaxtında keçirilən “Parçalanan dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun sonuncu günüdür.

TurkicWorld xəbər verir ki, forumun son günündə “Regional perspektivlər: Avropa Birliyi və qonşuları”, “Qlobal çağırışlara davamlılığın artırılması: bərabərsizlik, resurs çatışmazlığı və miqrasiya ilə mübarizə”, “Süni intellekt, pilotsuz uçuş aparatları və kiber müharibə dövründə yeni təhlükəsizlik paradiqması”, “Gənclər danışır, biz dinləyirik” adlı dörd panel iclası keçirləcək.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də, keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Mövzuya görə xəbərlər