Prezident İlham Əliyev Nursultan Nazarbayev

Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Birinci Prezidenti - Elbası Nursultan Nazarbayevə telefonla zəng edib.

Prezidentin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, telefon söhbəti zamanı Nursultan Nazarbayev helikopter qəzası nəticəsində hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar Prezident İlham Əliyevə başsağlığı verib.

Azərbaycan Prezidenti başsağlığına görə minnətdarlığını bildirib.

Mövzuya görə xəbərlər