Kasım-Jomart Tokayev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Kasım-Jomart Tokayev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bakı. TurkicWorld:

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

TurkicWorld xəbər verir ki, ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüb.