
İşğaldan azad edilən ərazilərdən daha bir erməni hərbçinin cəsədi tapılıb.
Bunu TurkicWorld-a açıqlamasında Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.
O bildirib ki, cəsəd Azərbaycan, Rusiya və Ermənistanın aidiyyəti qurumlarından ibarət axtarış qrupu tərəfindən aşkarlanıb.
Erməni hərbçinin cəsədi Suqovuşan istiqamətində tapılıb.
Cəsəd Ermənistan tərəfinə təhvil verilib.