Son dəqiqə

Azərbaycan Ukrayna

Ukraynadakı səfirimiz DİN rəhbərini Bakının Kiyevə humanitar yardımı barədə məlumatlandırıb

Bakı. TurkicWorld:

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bu ölkənin daxili işlər naziri İqor Klimenko ilə görüşüb.

TurkicWorld xəbər verir ki, səfir bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, görüş çərçivəsində Azərbaycanın Ukraynaya humanitar yardımı, o cümlədən humanitar minatəmizləmə işləri barədə məlumat verilib.

Tərəflər, həmçinin Azərbaycanla Ukrayna arasında mütəşəkkil cinayətkarlıqla mübarizə, sərhəd əməkdaşlığı və fövqəladə hallar üzrə ikitərəfli qarşılıqlı əlaqələri müzakirə ediblər.

Mövzuya görə xəbərlər