Prezident Rəcəb Tayyib Ərdoğan ilə Niger Prezidenti Məhəmməd Bazum arasında telefon danışığı olub.
TurkicWorld-un məlumatına görə, görüşdə Türkiyə-Niger əlaqələri və regional məsələlər müzakirə edilib.
Nigerlə əlaqələrə böyük əhəmiyyət verdiyini ifadə edən Prezident Ərdoğan Nigerin Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizədə yaxın əməkdaşlığını davam etdirəcəyinə inandığını bildirib.
Noyabrın 17-də Nigerdə baş verən silahlı hücumlarda həyatını itirənlərə başsağlığı verən prezident Ərdoğan Türkiyənin Nigerin terrorla mübarizə səylərini dəstəklədiyini deyib.
Prezident Ərdoğan Nigerin Türkiyədən alacağı TB2 pilotsuz uçuş aparatı (SİHA), Hürkuş təlim təyyarəsi və zirehli texnikanın bu ölkənin hərbi və təhlükəsizlik qüvvələrinin imkanlarını artıracağını bildirib.






