Son dəqiqə

Qarabağ ermənilərinin əksəriyyəti regionu könüllü tərk edib - Rusiya XİN

Bakı. TurkicWorld:

Qarabağ ermənilərinin əksəriyyəti regionu könüllü tərk edib.

TurkicWorld xəbər verir ki, bu barədə TASS agentliyinə müsahibəsində Rusiya XİN-in başçısının müavini Mixail Qaluzin bildirib.

“Qarabağ ermənilərinin əksəriyyəti regionu tərk edib. Bu, onların könüllü seçimi idi”, - o qeyd edib.

RF xarici işlər nazirinin müavini əlavə edib ki, Rusiya Azərbaycanda konsulluq fəaliyyətinin genişləndirilməsi məsələsi üzərində işləyir.

“Diplomatların MDB dövlətlərində fəaliyyətinin spesifikası hər şeydən əvvəl ondan ibarətdir ki, həmin dost ölkələri bizimlə çoxəsrlik ortaq tarix, bir-birinin ənənələrinin dərindən başa düşülməsi, ümumi mədəniyyət və rus dilinə münasibət birləşdirir”, - nazir deyib.