Son dəqiqə

Türk Dövlətləri Təşkilatı 20 Yanvar faciəsi Kubanıçbek Ömüraliyev

TDT Baş Katibi Azərbaycana başsağlığı verib

Bakı. TurkicWorld:

Türk Dövlətləri Təşkilatı Baş katibi Kubanıçbek Ömuraliyev 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar başsağlığı verib.

TurkicWorld xəbər verir ki, bu barədə baş katib "X" sosial media hesabında qeyd edib.

"Tarixə “Qara Yanvar” kimi yazılan bu gündə vətənlərinin müstəqilliyi uğrunda həyatlarını fəda edən şəhidləri yad etmək üçün Azərbaycanlı qardaşlarımızın yanındayıq, kədərlərini bölüşürük", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 34-cü ildönümüdür.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Mövzuya görə xəbərlər