Bakı. TurkicWorld:
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar başsağlığı verib.
TurkicWorld xəbər verir ki,səfir bu barədə "X" sosial media hesabında qeyd edib.
"Bu gün azadlıqları və Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını itirənləri dərin hüznlə anıram",- deyə səfir əlavə edib.
Qeyd edək ki, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 34-cü ildönümüdür.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.
Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.