Son dəqiqə

Azərbaycan Gürcüstan 20 Yanvar faciəsi

Gürcüstanın Azərbaycandakı səfiri 20 Yanvar faciəsi ilə bağlı başsağlığı verib

Bakı. TurkicWorld:

Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və Gürcüstan səfirliyinin əməkdaşları ilə birlikdə 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Bakıda törətdiyi qanlı faciə qurbanlarının xatirəsini ehtiramla yad etdilər.

TurkicWorld xəbər verir ki, bu barədə səfirliyin "Facebook" hesabında paylaşım edilib.

"Diplomatik nümayəndəliklərin rəhbərləri “Şəhidlər Xiyabanı”nda vətən uğrunda canlarından keçmiş şəhidlərin məzarlarının üzərinə gül dəstəsi düzüblər. 20 Yanvar Azərbaycan xalqının yaxın tarixinə ən faciəli tarixlərdən biri kimi daxil olub", - deyə bildirilib.

Qeyd edək ki, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 34-cü ildönümüdür.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Mövzuya görə xəbərlər