Tacikistan və Qırğızıstan arasındakı sərhəd mübahisəsinə son qoyulması regionun sabitliyi baxımından əhəmiyyətlidir - Hakan Fidan

Tacikistan və Qırğızıstan arasındakı sərhəd mübahisəsinə son qoyulması regionun sabitliyi baxımından əhəmiyyətlidir - Hakan Fidan

Bakı. TurkicWorld:

Tacikistan və Qırğızıstan arasındakı sərhəd mübahisəsinə son qoyulması regionun sabitliyi baxımından əhəmiyyətlidir.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, Tacikistanın XİN rəhbəri ilə görüşü zamanı deyib.

"Mart ayında Tacikistan və Qırğızıstan, aralarındakı sərhəd mübahisəsinə son qoyacaqlar. Onlar təhlükəsizlik və sabitlik baxımından bölgə üçün əhəmiyyətli bir addım atacaqlar. Türkiyə olaraq bölgə ölkələri ilə əməkdaşlığımız, xüsusilə burada sabitliyin təmin edilməsi istiqamətində sıx şəkildə davam edir",- deyə nazir bildirib.

Tacikistanın da regionda sabitliyə önəm verdiyinə diqqət çəkən Fidan, ikitərəfli görüşlərdə sərhəd təhlükəsizliyi və terrorla mübarizə məsələlərinin müzakirə edildiyini bildirib.

Eyni zamanda Hakan Fidan qeyd edib ki, prezident Rəcəb Tayyib Ərdoğanın bu il Tacikistana səfəri planlaşdırılır.

Qeyd edək ki, Qırğızıstanla Tacikistan 3 oktyabr tarixində sərhəd mübahisələrinə son qoyan protokol imzalayıb.

Xatırladaq ki, Qırğızıstan mübahisəli sərhəd bölgəsində 2021-ci ilin 28-30 aprel tarixlərində baş verən münaqişə ilə bağlı sərhəd məsələsi həll olunana qədər 21 may 2021-ci il tarixindən etibarən Tacikistanla gömrük qapılarını bağlamışdı.

Aytac Süleymanova

Twitter: a_alieva_