Azad edilən ərazilərdə tapılan daha 11 erməni hərbçinin cəsədi təhvil verildi

Azad edilən ərazilərdə tapılan daha 11 erməni hərbçinin cəsədi təhvil verildi

Azərbaycanın işğaldan azad edilən ərazilərində daha 11 erməni hərbçinin cəsədi aşkar edilib.

Bu barədə TurkicWorld-a Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov məlumat verib.

Məlumata görə, aşkarlanan erməni hərbçilərin cəsədləri "Qırmızı bazar" ərazisində Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verilib.

Bununla da indiyə kimi erməni tərəfinə təhvil verilən cəsədlərin sayı 1697 olub.