Son dəqiqə

Azərbaycan Gürcüstan

Gürcüstan parlamentinin sədri Azərbaycana səfər edəcək

Bakı. TurkicWorld:

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin rəhbərliyi ilə nümayəndə heyəti dekabrın 10-da Azərbaycana rəsmi səfər edəcək.

TurkicWorld xəbər verir ki, səfər çərçivəsində Ş.Papuaşvili Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə ölkələrimiz arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri diqqət mərkəzində olacaq.

Səfər dekabrın 12-də başa çatacaq.

Mövzuya görə xəbərlər